Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlanıb

22:30 | 24.09.2020
Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda son 24 saat ərzində daha 259 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 62 pasiyent sağalaraq evə buraxılıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 4 399-a, sağalanların sayı isə 1 705-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 25 təşkil edir.

Hazırda karantin zonalarında 5 390, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır, 640 simptomsuz xəstənin isə xüsusi otellərdə müalicəsi davam etdirilir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb