Gürcüstanda daha 3 670 nəfərdə koronavirus aşkarlanıb

21:00 | 05.08.2021
Gürcüstanda daha 3 670 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda daha 3 670 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda son sutkada koronavirus (COVİD-19) infeksiyasına 3 670 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər vəfat edib.
 
"Anews" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
 
Qonşu ölkədə COVİD-19-a yoluxanların ümumi sayı 436 573-ə, ölənlərin ümumi sayı isə 5 986-ya çatıb.
 
Ötən 24 saat ərzində 2 626 , ümumilikdə isə 393 453 nəfər müalicə olunaraq sağalıb.
 
Bu günə olan aktiv xəstə sayı 37 108 nəfərdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb