Gürcüstanda yanvarın sonunda "donuz qripi" nə yoluxma pik həddə çatacaq. Bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb.
Məlumata görə, yanvarın son iki həftəsində bir neçə nəfər virusdan vəfat edib.
Həkimlər bildiriblər ki, yoluxanların heç biri peyvənd olunmayıb. Şikayətlər daha çox qızdırma ilə bağlı olub.
Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.
Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.
Donuz qripi tənəffüs yollarının iltihabıdır. Qripin A qrupuna aiddir. Adətən donuzlara yoluxur, lakin insanlara da keçə bilir. Bu qrip virusunun yeni ştammıdır və güman edilir ki, iki köhnə qrip virusunun eyni donuzu yoluxdurması nəticəsində yaranıb.
Aytac

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !