Gürcüstanda karantin cərimələri əfv edilir

21:30 | 24.06.2021
Gürcüstanda karantin cərimələri əfv edilir

Gürcüstanda karantin cərimələri əfv edilir

Gürcüstanda karantin qaydalarının pozulmasına görə tətbiq edilən, lakin ödənməmiş cərimələr əfv edilir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə bildirib.

O deyib ki, özünütəcrid və karantin qaydalarının pozulmasına, tibbi maska taxmamağa görə barələrində cərimə tətbiq edilən şəxslər parlamentə təqdim edilən iki qanun layihəsi əsasında ödənişdən azad ediləcək.

İrakli Qaribaşvili qeyd edib ki, 245 min vətəndaş, habelə 344 hüquqi şəxs bundan yararlanacaq.

Əfv olunan cərimələrin ümumi məbləğinin 76 milyon lari (41 milyon manat) təşkil edəcəyi bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb