Gürcüstanda koronavirus fəlakəti davam edir

18:30 | 08.09.2021
Gürcüstanda koronavirus fəlakəti davam edir

Gürcüstanda koronavirus fəlakəti davam edir

Gürcüstanda son sutkada koronavirusa 2 571 yeni yoluxma halı təsdiqlənib, 60 nəfər vəfat edib. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 570 493-ə, ölənlərin sayı isə 7 977-yə yüksəlib.

Son 24 saat ərzində 3 668, ümumilikdə isə 527 337 nəfər müalicə olunaraq sağalıb.

Bu günə olan aktiv xəstə sayı 35 153 nəfərdir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb