Gürcüstanda koronavirusa yoluxanların sayı 2500-ü ötüb

12:24 | 15.09.2020
Gürcüstanda son sutka ərzində daha 170 nəfərdə koronavirus aşkarlanıb.

Anews.az xarici kiv-ə istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 2 562-yə yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.
Bundan əlavə, indiyədək 1 369 nəfər sağalıb. Hazırda 6 663 nəfər karantində, 836 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır.

Digər ölkələrdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfər təşkil edir.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM