• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

Gürcüstanda LGBT təbliğatı qadağan edilib

Gürcüstanda LGBT təbliğatı qadağan edilib
04.09.2024 17:29
Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanunvericiliyə dəyişikliklər paketini birinci oxunuşda dəstəkləyib. İclas qanunverici orqanın internet saytında canlı yayımlanıb.

"Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsini 78 deputat 50 səs kvorumla dəstəkləyib. Parlamentarilər paketdə nəzərdə tutulan müxtəlif qanunlara dəyişiklikləri də dəstəkləyiblər. Müxalifətin əsas hissəsi qanun layihəsinin baxılmasında və səsvermədə iştirak etməyib, iclası boykot edib.

Dəyişikliklər həmçinin qadın və kişi nikahından başqa hər hansı nikahın qeydiyyata alınmasına, homoseksual cütlüklər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsinə qadağa qoyulmasını nəzərdə tutur. Cinsiyyət dəyişdirmə əməliyyatına qadağa tətbiq edilir, buna görə 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari (təxminən 532 dollar), hüquqi şəxslər 4 min lari (1,4 min dollardan çox) məbləğində cərimələnəcək. Yayımçılara eyni cinsdən olan intim səhnələri və ya oxşar məzmunlu reklamları yayımlamaq qadağan ediləcək. LGBT mövzusunu ehtiva edən reklamın yayılmasına görə fiziki şəxs 800 lari (təxminən 284 dollar), hüquqi şəxs 2,5 min lari (təxminən 886 dollar) məbləğində cərimələnəcək.

Yetkinlik yaşına çatmayanlar arasında cinsiyyətinin dəyişdirilməsi və ya homoseksual münasibətlər haqqında materialların yayılması fiziki şəxslər üçün 1 min lari (təxminən 355 dollar), hüquqi şəxslər üçün 3 min lari (1 min dollardan çox) məbləğində cərimə edilir. LGBT problemlərini təbliğ etmək məqsədi daşıyan ictimai toplantılar və nümayişlər də qadağan ediləcək. Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, cərimə ilə nəticələnən pozuntular iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə də cəzalandırılır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan həyat yoldaşından boşanıb, model sevgilisi olduğu bildirilir
Dünya 07:48
Alen Simonyan həyat yoldaşından boşanıb, model sevgilisi olduğu bildirilir
Trampda xəstəlik aşkarlanıb — Ağ Ev
Dünya 07:39
Trampda xəstəlik aşkarlanıb — Ağ Ev
Putin Telegram və WhatsApp-a məhdudiyyətlər qoyub
Dünya 07:35
Putin Telegram və WhatsApp-a məhdudiyyətlər qoyub
Tramp Coca-Cola-nın tərkibini dəyişir
Dünya 07:26
Tramp Coca-Cola-nın tərkibini dəyişir
Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edib
Dünya 23:57
Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edib
Moldova NATO-nun hərbi təlimlərində iştirak edəcək
Dünya 23:30
Moldova NATO-nun hərbi təlimlərində iştirak edəcək
Tramp və Netanyahu arasında telefon danışığı olub
Dünya 22:58
Tramp və Netanyahu arasında telefon danışığı olub
Rusiya Yaponiyaya etiraz edib
Dünya 20:00
Rusiya Yaponiyaya etiraz edib
Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib
Dünya 18:12
Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol