Belə bir təkliflə baş nazir Giorgi Kvirikaşvili çıxış edib.
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkənin Borjomi-Xaraqul qoruğunda, eləcə də, digər regionlarda baş vermiş meşə yanğınlarının söndürülməsinə silahlı qüvvələrin də qoşulmasını təklif edib.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, baş nazir bununla əlaqədar prezident Giorgi Marqvelaşviliyə müraciət edib.
Bildirilir ki, prezident müraciətə müsbət cavab verib.
Avqustun 23-də parlamentin növbədənkənar sessiyası keçiriləcək və deputatlar dövlət başçısının qərarını təsdiq edəcəklər.
Hökumətin qərarı ilə yanğının söndürülməsi və mümkün risklərin qarşısının alınması üçün mülki əhali də səfərbər olunacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !