Gürcüstanda partiya Putinə müraciət edib

13:51 | 16.06.2024
Gürcüstanda partiya Putinə müraciət edib

Gürcüstanda partiya Putinə müraciət edib

Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının üzvləri Rusiya prezidenti Vladimir Putinə iki ölkə arasında viza rejiminin ləğvi xahişi ilə müraciət ediblər.

Bu barədə  "Sputnik Gürcüstan” məlumat verir.


Siyasətçilər öz videomüraciətində həmçinin Rusiyada qalma müddətini pozan Gürcüstan vətəndaşlarının azadlığa buraxılmasına çağırıb və gürcülərin məşğulluq qaydalarının yüngülləşdirilməsini təklif ediblər.


Partiya üzvləri qeyd ediblər ki, bu tədbirlər Rusiya ilə Gürcüstan arasında münasibətlərin daha da yaxınlaşmasına kömək edəcək, həmçinin mehriban qonşuluq və diplomatik münasibətlərin tezliklə bərpası üçün əlverişli zəmin yaradacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM