Gürcüstanda şahmat turniri keçiriləcək

20:00 | 07.05.2021
Gürcüstanda şahmat turniri keçiriləcək

Gürcüstanda şahmat turniri keçiriləcək

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və "SOCAR Georgia” şirkətinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan yeniyetmə və gənclər arasında şahmat turniri keçiriləcək.

Bu barədə "Report”un yerli bürosuna səfirlikdən məlumat verilib.

Turnirdə iştirak etmək istəyən 8-14 və 14-35 yaş arası Gürcüstan vətəndaşları 2021-ci ilin 9 may tarixinədək səfirliyin [email protected] ünvanına yazmaqla və ya +995-577-60-60-06 mobil nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Heydər Əliyev adına şahmat turniri 10 May tarixində saat 10:00-dan etibarən səfirlikdə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) start götürəcək.
Turnirin nəticələrinə əsasən həmin gün iki kateqoriya üzrə ilk üç yeri tutacaq Gürcüstan vətəndaşları səfirlikdə səfir Faiq Quliyev və Gürcüstanın hökumətinin səlahiyyətli nümayəndələri tərəfindən təltif olunacaqlar.

Turnir şahmatda İsveçrə (10 dəqiqə, əlavəsiz) sistemi adlanan qaydaya əsasən, hakimlərin nəzarəti altında keçiriləcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb