Gürcüstanda parlament seçkilərindən sonra dövlət çevrilişi hazırlayan qrup var. Bu barədə Ria Novosti Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
"Bütün əlamətlər çevrilişə hazırlaşan bir qruplaşmanın olduğunu göstərir", - o bildirib.
Papuaşvili qeyd edib ki, dövlət çevrilişi daha əvvəl, 2020-ci ildə keçiriləcək parlament seçkilərindən sonra planlaşdırılıb. Onun sözlərinə görə, bu dəfə basqınçılar qeyri-hökumət təşkilatlarının monitorinqinin köməyi ilə ölkədə iğtişaşlar üçün "yalançı səbəb” yaratmaq məqsədilə saxta seçki hesabatları hazırlamaq niyyətindədirlər.
"Hazırda hakimiyyətin antidemokratik yolla ələ keçirilməsinə hazırlıq gedir və yerli monitorinq təşkilatları bu işə cəlb olunub”, - spiker vurğulayıb.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !