Gürcüstanda tibbi maskadan istifadə məcburi ola bilər

20:30 | 26.10.2020
Gürcüstanda tibbi maskadan istifadə məcburi ola bilər

Gürcüstanda tibbi maskadan istifadə məcburi ola bilər

Gürcüstanda tibbi maskadan istifadə göstəricisi təxminən 60-64% təşkil edir.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, bu göstərici 95% səviyyəsində olmalıdır: "Bu göstəriciyə nail olunsa, koronaviusa yoluxma sayı əhəmiyyətli dərəcədə azalacaq”.
Mərkəz rəhbəri qeyd edib ki, Gürcüstanda tibbi maskadan istifadənin məcburi olacağı barədə qərarın qəbulu istisna edilmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb