Gürcüstanda “xarici agentlər haqqında” qanun qüvvəyə minəcək

14:26 | 15.07.2024
Gürcüstanda “xarici agentlər haqqında” qanun qüvvəyə minəcək

Gürcüstanda “xarici agentlər haqqında” qanun qüvvəyə minəcək

Gürcüstanda mayda qəbul edilən "xarici agentlər” haqqında hələ də qüvvəyə minməyən qanun bir neçə həftədən sonra qüvvəyə minəcək. Mediatv.az xəbər verir ki, bunu brifinqdə Gürcüstan parlamentinin təhsil, elm və gənclərlə iş üzrə komitəsinin rəhbəri Givi Mikanadze deyib.

"Təxminən bir neçə həftədən sonra bu qanun qüvvəyə minəcək və biz proseslərin necə inkişaf edəcəyini görəcəyik”, - o vurğulayıb.

Mayın 14-də Gürcüstan parlamenti "xarici agentlər haqqında” qanunu yekun, üçüncü oxunuşda qəbul edib. 84 deputat onun lehinə, 30 deputat əleyhinə səs verib, daha 58 deputat bitərəf qalıb.

Ölkə prezidenti buna veto qoyub və onu konstitusiyaya və Avropa standartlarına zidd olan "Rusiya qanunu” adlandırıb.

Aİ və ABŞ-ın qanunu kəskin tənqid etməsinə baxmayaraq, Gürcüstan parlamenti prezidentin vetosunu aşdı və nəhayət, qanun qəbul edildi.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM