Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək

15:37 | 20.01.2021
Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək

Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək

COVİD-19 pandemiyası səbəbi ilə Gürcüstan-Azərbaycan sərhədlərinin bağlanmasından sonra Gürcüstanda qalan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək.


Anews.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyi məlumat verib.


Məlumatda bildirilir ki, təxliyə ediləcək şəxslər yanvarın 21-i günün ikinci yarısında COVİD-19 analizi verəcəklər. Test cavabı neqativ olan şəxslərə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən müvafiq arayış veriləcək və onların yanvarın 22-də Azərbaycana təxliyəsi həyata keçiriləcək.


Təxliyə edilən şəxslərin Azərbaycanda karantinə alınmayacağı bildirilib.


Təxliyə olunanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayış və iş icazəsi olanlar, həmçinin, ailə üzvləri Azərbaycan vətəndaşı olan şəxslərin olduğu bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb