Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyyə olunur

21:00 | 21.09.2020
Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyyə olunur

Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyyə olunur

Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyyəsi həyata keçirilir.

Report xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, dördü isə Rusiya vətəndaşıdır.
Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Təxliyyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə "Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq.
Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə, Azərbaycana üç minə yaxın şəxsin təxliyyəsi təmin edilib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM