Gürcüstanın Azərbaycana 11 milyon dollardan çox borcu var

10:21 | 18.08.2015
Gürcüstanın Azərbaycana 11 milyon dollardan çox borcu var

Gürcüstanın Azərbaycana 11 milyon dollardan çox borcu var

Gürcüstanın Maliyyə Nazirliyinin 2015-ci il 31 iyul tarixinə olan məlumatına əsasən Gürcüstanın xarici borcunun və dövlət zəmanəti altında götürülmüş kreditlərinin həcmi 4,15 milyard dollardan ibarətdir. İlin əvvəlindən Gürcüstanın dövlət borcu 50,3 milyon dollar azalıb.  

Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ümumi məbləğin 4,12 milyard dolları Gürcüstan hökumətinin borcudur.    

Gürcüstanın 17 ikitərəfli kreditoru var, bu ölkələrə olan borcun ümumi məbləği 704 milyon dollardır. Kreditor-ölkələr sırasına Azərbaycan da daxildir. Gürcüstanın Azərbaycana borcu 11 milyon 111 min dollardan ibarətdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM