Baş nazir İrakli Kobaxidzenin sərəncamı ilə 2018-ci ildən Gürcüstanın Azərbaycandakı səfiri olan Zurab Pataradzen vaxtından əvvəl vəzifəsindən geri çağırılıb. Bu barədə Gürcüstan KİV məlumat yayıb.
Hazırda sənəd təsdiq üçün prezident Salome Zurabişviliyə göndərilib.
Pataradzenin səlahiyyətləri 2025-ci il yanvarın 1-də başa çatmalı idi və hökumət onun vaxtından əvvəl geri çağırılmasının səbəblərini açıqlamayıb.
Gürcüstanın Azərbaycandakı səfirliyi məsələyə münasibət bildirməyib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !