Gürcüstanın Baş naziri istefa verib

17:39 | 29.01.2024
Gürcüstanın Baş naziri istefa verib

Gürcüstanın Baş naziri istefa verib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

O, bu barədə keçirdiyi brifinqdə məlumat verib. Qərarın səbəbi hələ ki, açıqlanmayıb.

O, 2013-cü ildən 2015-ci ilə qədər hökumət başçısı vəzifəsini icra edib. Daha sonra Qaribaşvili 2021-ci ildə yenidən Baş nazir vəzifəsinə gəlib.

Gürcü KİV-nin yaydığı məlumata görə, bu dəfə İrakli Qaribaşvilini Baş nazir postunda hakim partiyanın sədri İrakli Kobaxidze əvəz edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM