Gürcüstanın baş naziri İrakli Qaribaşvili Estoniyaya səfəri zamanı keçmiş prezident, Odessa vilayətinin hazırkı qubernatoru Mixail Saakaşvilinin həbsxana olduğunu bildirib.
"Mixail Saakaşvili Gürcüstanda inqilabi çevriliş təşkil etməyi planlaşdırıb, bunu təsdiqləyən sübutlar var, Ukrayna saytlarında audioyazılar dərc edilib. Gürcüstan əhalisinin soruşsanız, əksəriyyəti siyəsətdə Saakaşvili üçün yer olmadığını bildirəcək. Məndən soruşsanız - onun yeri həbsxanadır”, deyə Qaribaşvili Tallində mətbuat konfransında bildirib.
Qeyd edək ki, Ukrayna saytlarından birində oktyabrda Saakaşvilinin "Rustavi -2” telekanalının baş direktoru Nika Qvaramiya və "Vahid Milli Hərəkat” liderlərindən biri Georgi Bokeriya ilə , noyabrın 2-də isə eks-prezidentin tanınmış gürcü müğənnisi Sofa Nijaradze ilə danışıqlarının audioyazıları dərc edilib. Audioyazılarda Saakaşvili Gürcüstanda inqilabın və qanlı qarşıdurmanın baş verə biləcəyini bildirir. Müğənni belə bir danışığın aparılmadığını və audioyazının saxtalaşdırıldığını iddia edir. //apa.az

www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !