Gürcüstanın gözəlliyi gürcü ustalarının kətanlarında - FOTO

15:03 | 03.06.2016
Gürcüstanın gözəlliyi gürcü ustalarının kətanlarında - FOTO

Gürcüstanın gözəlliyi gürcü ustalarının kətanlarında - FOTO


Rüstəm Qasımov

Bir müddət əvvəl Tbilisdə olarkən Kür çayının qırağında rəssamların yığışıb rəsmlərini nümayiş etdirdiyini öyrəndim və ora yollandım. Qarşımda böyük bir kolleksiya vardı. 

Burada ürəyiniz istəyən hər növdə suvenirlər tapa bilərsiniz, müxtəlif janrlarda çəkilmiş şəkillər göz oxşayırdı. Deyim ki, şəkillər mənim hədsiz xoşuma gəldi. Çoxlu insanların, məbədlərin, sığınacaqların, qəsrlərin, heyvanxanaların, dağların, çayların və digərlərinin təsvir olunduğu şəkillər kifayət qədər idi. Ümumiyyətlə, məlum olduğu kimi gürcülər öz mədəniyyətlərinə, folklorlarına, vətənlərinə, insanlarına hədsiz bağlı insanlardır. Bu, onların rəssamlarının da rəsmlərində aydınca görünür. 

Rəssamlarla söhbət edəndən sonra öyrəndim ki, şəkillərin qiymələri 100 laridən 600-700 lariyə qədər dəyişir. Ancaq onlar bu qiymətə dəyirlər - şəkillər həqiqətən möhtəşəmdilər. Beləliklə, əziz oxucular əgər Tbilisidə olsanız, çay kənarına baş çəkib gürcü rəssamlarının işlərinə baxmağı unutmayın. 

Elmi, təhsili, maarif və mədəniyyəti təbliğ edən ANN.Az portalı dünyanın müxtəlif şəhərlərinddən mədəni hadisələrlə bağlı materiallar təqdim etməkdə davam edir. 

Bu dəfə oxucularımıza Gürcütsanın paytaxtı Tbilisidən fotoreportajı təqdim edirik. 

Xoş seyrlər: 

















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM