Gürcüstanın müxalif "Rustavi 2" telekanalında kütləvi ixtisarlara başlanılıb

22:00 | 20.08.2019
Gürcüstanın müxalif

Gürcüstanın müxalif "Rustavi 2" telekanalında kütləvi ixtisarlara başlanılıb

Gürcüstanın müxalif "Rustavi 2" telekanalında kütləvi ixtisarlara başlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə kanalın baş direktoru Paata Salia keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, işdən çıxarmalara səbəb maraqların uyğun gəlməmisidir. Baş direktor məzuniyyət bitdikdən  sonra yeni ixtisarların olacağını da istisna etməyib.

İşdən çıxarılanlar arasında Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədərək 3 ay müddətinə efirdən uzaqlaşdırılma cəzası alan "Postspektrum" verilişinin aparıcısı Giorgi Qabunia da var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb