Gürcüstanın XİN başçısı: “Azərbaycanla Ermənistan arasında vasitəçilik rolumuzu artıra bilərik”

16:03 | 18.06.2021
Gürcüstanın XİN başçısı: “Azərbaycanla Ermənistan arasında vasitəçilik rolumuzu artıra bilərik”

Gürcüstanın XİN başçısı: “Azərbaycanla Ermənistan arasında vasitəçilik rolumuzu artıra bilərik”

"Qonşularımız Azərbaycan və Ermənistan arasında vəziyyətin deeskalasiyası üçün Gürcüstanın baş naziri İrakli Qaribşavilinin vasitəçiliyi ilə mühüm addımlar atılıb”.

Bunu Antalya Diplomatiya Forumuna qatılan Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu planda Gürcüstanın rolunu və əhəmiyyətini artırmaq üçün imkanlar var.

XİN başçısı forumda çıxışında Cənubi Qafqazdakı son vəziyyət, Gürcüstanın apardığı sülh siyasəti və təhlükəsizlik məsələlərinə diqqət çəkəcəyini qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb