"Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin sayı artıb.
anews.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi üzrə "Güzəştli mənzil” sistemi "Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısına daxil edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !