Göyçayda toyda dava, 4 nəfər bıçaqlandı

10:15 | 06.01.2014
Göyçayda toyda dava, 4 nəfər bıçaqlandı

Göyçayda toyda dava, 4 nəfər bıçaqlandı

Göyçay rayonunda toy mərasimi dava ilə nəticələnib. APA-nın məlumatına görə, hadisə rayonun Bəydövül kəndində qeydə alınıb.

Kənddə təşkil edilən toy mərasimində iştirak edən qonaqlar arasında baş verən kütləvi dava zamanı 1988-ci il təvəllüdlü Mustafayev Nüsrət Əfqan oğlu, 1989-cu il təvəllüdlü Yusifov Rusif Ramiz oğlu, 1993-cü il təvəllüdlü Yusifli Rüstəmxan Alxan oğlu və 1965-ci il təvəllüdlü Qorxmaz Sərxan oğlu Yusifov  bıçaqlanıb, 1987-ci il təvəllüdlü Mustafayev Nəzarət Əfqan oğlu dəmir küt alətlə döyülüb.

 

Xəsarət alan 5 nəfər Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdirilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM