Göyçayda bir piyadanı iki avtomobil vurub - FOTO

15:30 | 23.01.2022
Göyçayda bir piyadanı iki avtomobil vurub - FOTO

Göyçayda bir piyadanı iki avtomobil vurub - FOTO

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, şəhərin M.Hüseynzadə küçəsində hərəkət edən "Mercedes” markalı sərnişin mikroavtobusu yolu keçən piyadanı, Göyçay şəhər sakini, 1998-ci il təvəllüdlü Rəsulov Nicat Elbrus oğlunu vuraraq hərəkətdə olan "Toyota Prado” markalı avtomobilin qarşısına atıb. Həmin avtomobil onun ayağının üstündən keçib.

Göyçay Elektrik Şəbəkəsinin əməkdaşı olan Nicat Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.












www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM