Göyçayda çörəyin qiyməti ucuzlaşıb

11:00 | 13.04.2017
Göyçayda çörəyin qiyməti ucuzlaşıb

Göyçayda çörəyin qiyməti ucuzlaşıb

Göyçayda indiyədək 30-40 qəpiyə satılan çörəyin qiyməti indi 25 qəpiyə düşüb. Bəs ucuzlaşmanın səbəbi nədir?

ANN.Az Xəzər TV-yə istinadən məlumat verir ki, yerli sahibkarlar çörəyin ucuzlaşmasını, əsasən, unun qiymətinin düşməsi ilə əlaqələndirirlər. Əvvəllər 26 manata satılan bir kisə un indi 24 manata təklif edilir. Qiymətin düşməsi sakinlərin urəyincə olub.

Unun qiymətində ucuzlaşma olsa da, çörəyin çəkisi də qismən azaldılıb ki, bu da qiymətə təsir edib. Çəkisi azalsa da, 25 qəpiyə satılan çörəyə tələbat daha çoxdur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM