Göyçayda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
"Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kürdşaban kəndində qeydə alınıb.
Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin dörd avtomobili və canlı qüvvəsi cəlb edilib.
Yanğın tam söndürüldükdən sonra evdən 87 yaşlı Mahmudova Badam Ağası qızının yanmış meyiti tapılıb.
www.anews.az