Göyçayda sahibsiz itlər qoyun sürüsünə hücum edib, bir neçə heyvan tələf olub

21:00 | 19.05.2023
Göyçayda sahibsiz itlər xırda buynuzlu heyvanlara hücum edib, nəticədə bir neçə qoyun tələf olub.

Hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Belə ki, sahibsiz itlərin qoyun sürüsünə hücumu nəticəsində kənd sakini Kamil Niftəliyevə məxsus 3 baş heyvan tələf olub, daha 7 baş heyvan isə yaralanıb.

Hadisənin baş verdiyi əraziyə baytarlar cəlb olunub və yaralı qoyunlara quduzluq əleyhinə vaksin vurulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb