İran mətbuatı qurumaqda olan Urmiya gölünün xilas yolu ilə bağlı yeni maraqlı fikir irəli sürüb və bu, Ermənistanda dərin narahatlıq yaradıb.
ANS PRESS-in məlumatına görə, İran mətbuatı iddia edib ki, Göyçə (Sevan) gölünün suyu İranda quruyan Urmiya gölünün doldurulmasına yönəldiləcək.
Bu məsələ Ermənistanda gündəm yaratmaqla yanaşı, böyük rezonans doğurub. Yerli KİV-lər yazır ki, bu ictimaiyyətin ciddi narazılığına səbəb olub və əgər Göyçə mahalındakı eyni adlı göldən su İrana axıdılacaqsa, bu zaman ölkənin ekologiya nazirinin istefaya göndərilməsi ilə nəticələnəcək.
Ermənistanın ekologiya naziri Aramais Qriqoryan məsələnin ciddiliyini nəzərə alıb və mətbuatda dərc olunan məlumatla bağlı açıqlama verib.
Nazir deyib ki, Sevan (Göyçə) gölünün təmiz suyunun İrana axıdılması fikri tamamilə cəfəngiyatdır. Belə bir ideya, plan yoxdur və ola da bilməz.
Onun sözlərinə görə, İran KİV-ləri səhv informasiya yayıb və ermənidilli mətbuat orqanları bunu şişirdiblər. Nazir İranla belə razılaşmanı istisna edib.
Jurnalistlər isə "əgər bu məsələ birdən aydınlaşarsa, doğru olarsa, yəni gizli razılaşma üzə çıxarsa, o istefaya verəcəkmi" sualına cavab verməyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !