Göyərtəsində 191 nəfər olan təyyarə qəzaya uğradı: Ölənlər var - YENİLƏNİB + VİDEO

23:41 | 07.08.2020
Göyərtəsində 191 nəfər olan təyyarə qəzaya uğradı: Ölənlər var - YENİLƏNİB + VİDEO

Göyərtəsində 191 nəfər olan təyyarə qəzaya uğradı: Ölənlər var - YENİLƏNİB + VİDEO

"Air İndia” şirkətinə məxsus "Boeing-737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb. 
ANI agentliyi xəbər verir ki, hadisə zamanı 123 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 15-nin vəziyyəti ağırdır.
Qeyd edilib ki, Dubaya uçan təyyarədə 10-u uşaq olmaqla, 184 sərnişin, iki pilot və beş ekipaj üzvü olub. 

20:07
Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb. 
REN TV xəbər verir ki, hadisə ölkənin Keral ştatında baş verib. 
Bildirilib ki, "Air İndia” şirkətinə məxsus təyyarə eniş zolağından çıxıb və iki yerə bölünüb. 
Hadisə zamanı azı üç nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında təyyarənin kapitanı da var. 
Qəzanın səbəbləri məlum deyil.

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb