Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust ayında rayonun Hacıməlik qəsəbəsindəki evdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Rəşad Ələkbərov və 37 yaşlı Ülvi Novruzov avqust ayının 27-də rayonun Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 5000 manat olan müxtəlif növ qızıl zinət əşyası, 400 manat nağd pulu və ümumi dəyəri 400 manat olan 3 ədəd mobil telefonu oğurlayıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !