Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb- VİDEO

10:21 | 26.05.2023
Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb- VİDEO

Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb- VİDEO

Göygölün Topalhəsənli kəndi ərazisində sel daşqınları nəticəsində itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun meyiti tapılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
 
DİN-dən bildirilib ki, polis əməkdaşlarının köməkliyi ilə Gəncə sakinləri V. Həziyev, T. Məmmədova və V. Həziyeva çay axınından xilas edilmiş, müxtəlif yüngül bədən xəsarətlərinə ilkin yardım göstərilib.
 
Bildirilir ki, hər iki nəfərin meyiti çıxarılaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
 
Məlumata görə, sel nəticəsində 5 avtomobili və qaz xəttlərini yararsız hala salıb. Bu barədə Göygöl Rayon İcra Hakimiyyətinin Rayon Fövqəladə Hallar Komissiyası sədri Arzu Qocayev deyib.
 

 
 


 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM