Göygölün Quşqara kəndi 17 gündür susuz qalıb- KƏND SAKİNİ

18:44 | 13.01.2023
Göygölün Quşqara kəndi 17 gündür susuz qalıb- KƏND SAKİNİ

Göygölün Quşqara kəndi 17 gündür susuz qalıb- KƏND SAKİNİ

 Göygöl rayonu Quşqara kəndinə 25 dekabrdan bəri su verilmədiyi bildirilir. Bu barədə sakinlər məlumat verib. 
 
"Yaşadığımız kəndə 17 gündür ki, su verilmir. Kəndin bizim yaşadığımız hissəsi yeni salındığı üçün buranın su tədarükü artezian quyuları vasitəsilə aparılır", - Göygöl rayonunun Quşqara kənd sakini Ülviyyə Nəzərova deyir

O bildirir ki, Quşqara kəndinin Su İdarəsi artezianın camaata verilməsini təmin etmək üçün bir nəfər məsul şəxs qoyub. Rasim adlı məsul şəxs kənd sakinlərindən hər ay 3 manat su pulu yığıb. Kəndə su günaşırı verilir, sakinlər də su veriləndə su baklarını doldurub istifadə edirlər.
 
"Su İdarəsindən artezian quyusu çəkilir, bütün qurğular hazırlanandan sonra o adama artezianın açarı verilir ki,  kənd camaatına su verilməsi üçün suya nəzarət etsin. Buna görə, ayda ona maaş verilir, üstəlik nasazlığı, başqa xərcləri olanda da Su İdarəsi o xərcləri həmin adama ödəyir. Amma o adam artezianın nəyisə qırılanda hamıdan 5 manat yığır”- Kənd sakini deyir.
 
Sakinlərin sözlərinə görə, artezian hazırda qırılıb. Onlar iddia edir ki, həmin şəxs onə verilən məbləğləri mənimsədiyi üçün artezian təmir olunmur.
 
"Kəndin Su idarəsinə şikayətə gedirik, onlar deyirlər biz bu məsələlər üçün həmin şəxsə ödəniş etmişik, gedin onunla hesablaşın”, - Ülviyyə Nəzərova bildirir.
 
Kənd sakininin sözlərinə görə, onların yaşadığı məhəllələr yeni salındığı üçün qanun-qayda yoxdur, yığılan pullar da elə həmin şəxsin cibinə gedir.
 
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən isə məsələni araşdıracaqlarını bildirdilər. 
 
Lida Abbaslı
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM