Göz bəbəyinə qızıl yerləşdirənlər - YENİ DƏB (VİDEO)

15:00 | 30.11.2013
Göz bəbəyinə qızıl yerləşdirənlər - YENİ DƏB (VİDEO)

Göz bəbəyinə qızıl yerləşdirənlər - YENİ DƏB (VİDEO)

Birləşdirilmiş Ştatları yeni şoka salan maraq bürüyüb - gözlərin göz bəbəklərinə zərgərlik məmulatlarının implantasiyası.Rus mətbuatı İspaniyanın “La Voz de Galicia” qəzetinə istinadən xəbər verir ki, buvaxtacan yalnız Avropada və Los-Ancelesdə keçirilən bu qeyri-adi proseduru Manhettendə yerləşən Nyu-York klinikalarından birində də sifariş etmək olar.Bu prosedurun qiyməti təxminən üç min dollar təşkil edir. Bu pul müqabilində cərrah lazerin köməyi ilə müştərinin göz zülalını örtən incə membranı kəsir və yaranmış "cibə" qiymətli əşyanı qoyur.Belə əməliyyata ilk dəfə ABŞ-ın 25 yaşlı sakini, etnik rus Lyusi Lukayanko cürət edib. “ABC News” xəbər verir ki, onun sağ gözünün guşəsinə kiçik platinli ürəkcik implantasiya ediblər."Kəsik o qədər kiçikdir ki, hətta tikiş qoymağa da ehtiyac yoxdur", - əməliyyatı etmiş həkim Emil Çinn bildirib. Hazırda Nyu-Yorkda gözlərə zərgərlik bəzəklərinin tətbiqi üzrə ilk əməliyyat keçirmiş Emil Çinn dünyada ilk belə cərrah hesab olunur.Birinci prosedur böyük pəncərəli kabinetdə aparılıb – döşəmədən tavana qədər hər yer açıq. Bunu ona görə belə ediblər ki, yoldan keçənlər küçədə baş verənləri müşahidə edə bilsinlər. Əməliyyatdan əvvəl müştəriyə - Lyusi Lukayankoya - əsəbləri sakitləşdirmək üçün "Valium" və bir az əyləndirici qaz veriblər. Lyusi Lukayankonun  sözlərinə görə, prosedurun gedişatında o tamamilə heç nə hiss etməyib. Əməliyyatdan sonra gözdə bir neçə gün davam edən qəribə hisslər olub, amma sonra buna alışıb. Pasiyent və onun həkimi əmindirlər ki, riskli əməliyyat olmasına baxmayaraq, onun gözü təhlükədən kənardır.Təəssüf ki, digər amerika oftalmoloqları bu əminliyi bölüşmürlər. Yerli Oftalmologiya Akademiyasının üzvləri artıq "pirsinqin" yeni görünüşüylə lovğalanmağı arzu edənlərə xəbərdarlıq ediblər.  Çünki bu cür cərrah müdaxiləsi çox təhlükəli ola bilər. Nəticədə konyunktivitin inkişafı, qanaxma, gözün deşilməsi və korluq əmələ gələ bilər. Və bu, hələ bütün mümkün neqativ nəticələr deyil.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb