Görmə məhdudiyyətli şəxslər etiraz aksiyası keçiriblər

12:11 | 17.01.2023
Görmə məhdudiyyətli şəxslər etiraz aksiyası keçiriblər

Görmə məhdudiyyətli şəxslər etiraz aksiyası keçiriblər

Yanvarın 17-i səhər saatlarında Gözdən Əlillər Cəmiyyətinin (GƏC) üzvləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Gözdən əliliyi olan, Vəfadar Novruzov bildirib ki, Gözdən Əlillər Cəmiyyəti onların hüquqlarını tapdalayır.
 
"Gözdən Əlillər Cəmiyyəti bizim hüquqlarımızı pozur. Dövlətin bizlər üçün üçün verdiyi evi satırlar. İllərdir səsimizi Respublika Prokururluğuna, Daxili İşlər Nazirliyinə çatdırsaq da,  heç bir tədbir görümür. Biz demokratik, aşkar seçkilərin keçirilməsini istəyirik. Gözdən əlil vətəndaşlar üçün dekabrın 29 -da keçirilən seçkilərdə iştirak etmək istədik. Bizim iştirakımız olmasın deyə,  seçkiləri təxirə saldılar, Artıq bu qanunsuz əməllərə son qoyulmağını istəyirik",- aksiya iştirakçısı bildirib.
 
Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində postmüharibə dövründə Vətən müharibəsi əlilləri də daxil olmaqla gözdən əlilliyi olan 52 şəxsə zəruri xidmətlər göstərilib.

Gözdən əlilliyi olan şəxslər üçün 2022 ci ildə  Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası tikilərək istifadə verilib. Postmüharibə dövründə isə 420-dən çox görmə məhdudiyyəti olan şəxs mənzillərlə təmin olunub.

 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti