L. Qasımova
Əgər ürəyinizdən incəsənət və gözəlliklər dünyasına atılmaq keçsə, yaxud öz eviniz üçün maraqlı aksesuar əldə etmək istəsəniz, Xətai rayonu, Xocalı prospekti, 40 ünvanında yerləşən Xətai Miniatür Mərkəzinə getməyinizi məsləhət görürəm.
Mərkəz yeni, üçmərtəbəli bina yerləşir. Hər üç mərtəbədə şəkillər, heykəllər, qədim silah və milli geyim guşəsi, çərçivələrin istehsalı üzrə bölmə, həmçinin şəkillərin surətlərinin çıxarılması üçün printer var. Burada Azərbaycan koloritləriylə zəngin keramikadan, metaldan və şüşədən hazırlanmış çoxlu əl işləri var: Bakı təsvirləri olan boşqablar, insan və heyvan fiqurları, qadın bəzəkləri, firuzə rəngində qab-qacaq, səhənglər, vazalar və sair və ilaxır.
Satışa qoyulmuş şəkillər həm gənc rəssamlara, həm də məşhur fırça ustalarına aid idi.
İşlərin mövzuları müxtəlifdir. Burada natürmortlar, vazalarda güllər, musiqi alətləri, milli mövzuda olan şəkillər, gözəl portretlər və sair var. Miniatür Mərkəzdə xarici rəssamların da sərgiləri təşkil olunur.
Vaxtın daha maraqlı keçməsi üçün mərkəzə gələnlər kuponlu oyunlarda iştirak edə bilərlər. Uduşa düşən kuponla hər hansı rəssamın əsərinin surətini pulsuz almaq mümkündür.
Xətai Miniatür Mərkəzi açılandan bəri orda iş qaynayır.
Qalereyanın bədii rəhbəri Azərbaycanın xalq rəssamı Arif Huseynovdur. Bu qalereyada bizim milli ənənələrimizi və dəyərlərimizi əbədiləşdirmiş 35 ustanın əsərləri toplanıb - Tofiq Ağababayeva, Maisə Ağabəyova, Arif Huseynov, Nazim Bəykişiyev, Altay Hacıyev, Xanlar Əhmədov, Rasim Babayev və başqaları.
Arif Huseynov deyir ki, "Bizim hədəfimiz – tarixə və mənbələrə qayıdışdır. Bundan başqa, Şah İsmayıl Xətai də Azərbaycan mədəniyyətinin təbliğatına və inkişafına böyük diqqət ayırırdı".
O, Azərbaycan sənətinin xaricdə məşhurlaşmasını dəstəkləyir. Ona görə də Beynəlxalq Miniatür Mərkəzi açmaq istəyir. Onun sözlərinə görə, Muğam Mərkəzi, Xalça Mərkəzi var və miniatür Mərkəzi də olmalıdır: "Bizdə mədəni doktrina var – muğam, xalça və Təbriz məktəbinin miniatürü". Xalq rəssamı metodlardan, prinsiplərdən və keçən illərin miniatürünün yazılış fəlsəfəsindən istifadə etməklə, bizim mədəniyyətimizi yeni səviyyəyə çıxarmaq istəyir.
Arif Huseynov ondan şikayətlənir ki, Nizami adına Muzeyin, Mustafayev adına Muzeyin və Əlyazmalar Fondunun Muzeyində toz basmış xeyli sayda əl işləri var, həmin əl işlərini dünya ictimaiyyətinə göstərmək mütləqdir. O qalereyada miniatür işləri üzrə məşğul olacaq siniflər açmağa hazırlaşır. Azərbaycan incəsənətində həm karikatura və heykəl, həm də qrafik iştirak edir. İncəsənətin istiqaməti isə: reallıqdan qeyri-real, abstrakt şəkillərə qədərdi. Hətta məşhur rəssamlar da miniatürdən istifadə ediblər. Mircavad, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə.
5 may 2012-ci ildə "Xətai" miniatür qalereyası mərkəzində "Azərbaycan miniatürü: ənənələr və müasirlik" sərgisi keçirildi, burada Təbriz miniatür məktəbinin görkəmli nümayəndələrinin və müasir Azərbaycan rəssamlarının əl işləri təqdim edilmişdir. Bu sərgi "Avroviziya 2012"yə uyğunlaşdırılmışdı ki, Bakının qonaqları ona baş çəksinlər və bizim sənətimizi, milli ənənələrimizi görsünlər. Burada həmçinin incəsənət elmləri doktoru Cəmilə Həsənzadənin Azərbaycan miniatürünün tarixi haqqında kitabının nümayişi oldu. Bizdə, Azərbaycanda, öz həyatlarını bu sənətin tədqiqatına həsr etmiş 3 insan var – Adil Qazıyev, Kərim Kərimov və Cəmilə Həsənzadə.
2013-cü ilin iyulunda burada Amerikada yaşayan Belarusiya rəssamı Leonid Afremovun sərgisi keçirildi. O, öz şəkillərini bütün dünyada satır. Bu dəfə isə öz əl işlərini Bakıya göndərmişdi.
20 iyulda "Xətai" Mərkəzində Çexovun eyniadlı pyesi əsasında 35 dəqiqəlik "Evlənmə" tamaşası göstərildi. Bu tamaşanı gənc aktyorlar oynayırdılar.
2013-cü ilin martında "Xətai" Miniatür Mərkəzində "miniatürdə Müasirlik" sərgisi keçirilmiş, "Baku Gallerias Festival" bədii qalereyalarının festivalı çərçivəsində təşkil edilmişdi. Bu hadisənin hədəfi – bədii qalereyaların fəaliyyətinin, yaradıcı insanların səylərinin birləşdirilməsi, cəmiyyətdə bədii dəyərlərin təbliğatı və incəsənət həvəskarları üçün bayramın təşkilatının aktivləşməsi idi. 20 rəssam 50-dən çox əl işini tamaşaçıların ixtiyarına verdi. Bu gənc rəssamlar – Parnisa Əsgərova, Aytən Şirzadova, İçəri Şəhər ənənəvi sənətlərinin məktəbinin və Azərbaycan dövlət akademiyasının tələbələri idi. Həmçinin korifeylərin əl işləri, xalq rəssamı Arif Huseynovun, Əzim Əzimzadə, Sara Manafova, Siruz Mirzəzadənin əl işləri göstərilmişdir.
ANN.Az