ABŞ Yaxın Şərqdə dəniz yollarının təhlükəsizləşdirilməsi məqsədi ilə "Keşikçilər” adlı hərbi əməliyyatı hazırlayır.
Fars körfəzində əməliyyata hazırlıq Böyük Britaniya tankerinin ötən gün Hörmüz boğazında İran İslam İnqilabı Keşikçisilər Korpusu (SEPAH) tərəfindən tutulması fonunda başlanıb. Daha sonra məlum oldu ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısının vəzifələrini icra edən Riçard Spenser Yaxın Şərq regionunda "ABŞ-ın maraqlarının müdafiəsi” üçün Səudiyyə Ərəbistanına hərbi kontingentin göndərilməsini bəyənib.
"Keşikçilər” əməliyyatının hədəfi regionda gəmilərin təhlükəsiz keçidini təmin etməkdir.
Bunun ardınca İran hərbçiləri hava məkanını pozan Amerika pilotsuz təyyarəsinin vurulduğunu açıqladı. ABŞ-ın Mərkəzi komandanlığı isə pilotsuz təyyarənin beynəlxalq hava məkanında - Hörmüz boğazının üzərində vurulduğunu bildirdi.
Ötən gün isə SEPAH Hörmuz boğazında saxlanılan İngiltərə neft tankerini saxlayıb. Press TV telekanalının məlumatına görə, qərar beynəlxalq gəmiçilik normalarının pozulmasına görə qəbul edilib.
"Stena Impero” tankerində 23 ekipaj üzvü var. İran ordusunun tankeri ələ keçirmək üçün çoxlu sayda katerlə hücum etdiyi iddia edilir.
Britaniyanın xarici işlər naziri Ceremi Hant "Sky News" nəşrinə müsahibəsində xəbərdarlıq edib ki, İran hökuməti Krallığa məxsus "Stena Impero" tankerini dərhal azad etməyəcəyi təqdirdə, bunun nəticələrinə qatlaşmalı olacaq. Lakin o, burada güc tətbiqi variantının nəzərdən keçirilmədiyini bildirib.
Hantın məlumatına görə, daha sonra tanker kursunu dəyişib və İranın ərazi sularına doğru istiqamət alıb.
"Mən bu gün axşam ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə vəziyyət barədə danışdım, İranın xarici işlər naziri Cavad Zərif ilə danışmağa cəhd göstərdim, lakin başa düşdüyüm qədəri ilə o, təyyarədə idi, odur ki, onunla ilk fürsətdəcə danışacağıq", - deyə XİN rəhbəri bildirib.
"Vəziyyət dərhəl öz həllini tapmasa, ciddi nəticələri olacaq. Biz hərbi variantları nəzərdən keçirmirik, gəminin tezliklə azad edilməsi üçün diplomatik üsullar axtarırıq", - deyə nazir qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !