Aprelin 15-19-da Haaqa məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı dinləmələr keçiriləcək. Bu barədə məhkəmənin rəsmi "X" hesabında (Tvitter) səhifəsində məlumat verilib.
Azərbaycan Ermənistanı Beynəlxalq Konvensiyanı pozaraq irqi diskriminasiyada ittiham edir.
Azərbaycan XİN-dən aldığımız məlumata görə, Azərbaycanı bu dinləmələrdə xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edəcək.
Ermənistanı məhkəmədə Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan və onun ofisinin daha üç əməkdaşı təmsil edəcəklər.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !