Haaqa məhkəməsi Yanukoviçi ittiham etməkdən imtina edib.“Axar.az” Ukrayna mətbuatına istinadən xəbər verir ki, tribunal konkret şəxslərin hərəkətləri ilə deyil, konkret situasiyaların nəzərdən keçirilməsi ilə məşğul olur.Xatırladaq ki, fevralın 25-də Ukraynadan yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Haaqadakı beynəlxalq məhkəməyə müraciət olunub. Onlar arasında Viktor Yanukoviç, Daxili İşlər Nazirliyinin keçmiş başçısı Vitali Zaxarçenko və keçmiş Baş prokuror Viktor Pşonka var idi. Onlar insanların dinc etirazına zorakı cinayət törətməkdə ittiham olunurlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !