Haaqada prezidentlərin qonaqlığında qadın böhranı - FOTO

12:13 | 26.03.2014
Haaqada prezidentlərin qonaqlığında qadın böhranı - FOTO

Haaqada prezidentlərin qonaqlığında qadın böhranı - FOTO

Hollandiyanın Haaqa şəhərində təşkil edilən və prezident İlham Əliyev də daxil olmaqla, 53 ölkədən prezidentlərin iştirak etdiyi Nüvə Təhlükəsizlik sammitində nahar zamanı qadın ofisiantların işləməməyi mübahisə doğurub.ANS PRESS-in xəbərinə görə, Hollandiya mətbuatında və sosial şəbəkələrdə müzakirə olunan məsələyə cavab verən iaşə şirkətinin müdiri Hans Van der Linde standart bir görüntü yaratmaq istədiklərini bildirib."Əgər 20 bəy və üç sarışın saçı olan qadın ofisiant xidmət etsəydi, imic pozulardı" -deyə Linde qeyd edib.Sammitin sözçüsü Dafne Karremans bu barədə qərarın şirkətə məxsus olduğunu açıqlayıb.Protokoldan məsul şirkətin müdiri Jan-Pol Veicers fikrincə, liderlərin diqqətinin dağılmaması düşünülüb, ya da müsəlman liderləri düşünərək bu addım atılıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM