Habil Vəliyevin məhkəməsi keçirildi

15:25 | 09.01.2018
Habil Vəliyevin məhkəməsi keçirildi

Habil Vəliyevin məhkəməsi keçirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən  "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmişlər ifadə verib.

Hacıqabul rayonu ərazisindəki "Çinar” restoranın sahibi Rafiq Rəsulov deyib ki, Hacıqabul rayonunda yerləşən obyektə görə əmisi oğlu ilə mübahisələri düşüb: "O dedi ki, "Gündəlik Bakı" qəzetində məni biabır edəcək. Mən də maraqlandım, məlum oldu ki, qəzet Habil Vəliyevindir. Obyektlə bağlı sənədlərim qaydasında idi. Amma yenə də Habillə görüşdüm. O mənə dedi ki, alqı-satıq sənədlərimiz saxtadır və bu sənədləri müvafiq orqanlara göndərəcək. Əvəzində isə 10 min dollar istədi, mən razılaşmayıb çıxdım. Sonra tanışım Rabil vasitəsilə 1000 dollar verdim”.

H.Vəliyev isə bu şəxsi tanımadığını deyib.

Laçın Rayon İcra Hakimiyyərinin keçmiş başçısı Ramiz Cəbrayılov isə ona 15 min manat zərər dəydiyini açıqlayıb: "Mənim Habillə heç bir tanışlığım yoxdur, şikayətçi də deyiləm. Mənə vurulan ziyan tam ödənilib. Habili bu işə dəlalət edənlər var, onlar da indi öz yerlərindədirlər”.

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Abbasov da H.Vəliyevin əməllərindən zərər görənlərdən biridir: "Məni şantaj edərək barəmdə yazılar yazacağını dedi və pul tələb etdi. Mən də 500 manat verdim, amma indi pul ödənilib, şikayətçi deyiləm”.

Proses yanvarın 18-də davam etdiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti