Hacı Qamət “seks-cihad”dan danışdı

00:50 | 19.04.2014
Hacı Qamət “seks-cihad”dan danışdı

Hacı Qamət “seks-cihad”dan danışdı

Paylanan vərəqələr təxribatdır“Bu cür vərəqələrin paylanılması dinimizə uyğun deyil. Hesab edirəm ki, bu iş haramdır”.Bu sözləri “Axar.az”a açıqlamasında fəaliyyətini dayandırmış Əbu Bəkr məscidinin imam-camaatı Hacı Qamət Sumqayıt şəhərində paylanılan dini vərəqələrlə bağlı danışarkən dedi. O, bildirdi ki, dinimiz heç bir halda qadının 250 kişi ilə cinsi münasibətdə olmasına haqq qazandıra bilməz:“Mümkün deyil, dinimiz belə şeylərə icazə verməz”.Sumqayıtda paylanan və qadınların cihad edən 250 kişi ilə cinsi münasibətdən sonra cənnətə gedəcəyi fikrini təbliğ edən vərəqələrdən danışan Hacı Qamət bu cür şeylərin təxribat ola biləcəyini də qeyd etməyi unutmadı:“Bu saat Suriya məsələsi gündəmdədir. Hər kəs onu öz maraqlarına uyğun yozmaq istəyir. Mən dəqiq bilmirəm bunu kimlər təşkil edir, ancaq istənilən halda bunun təxribat olması ehtimalı var”.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM