Hacı Əliyev Azərbaycana ikinci qızıl medalı qazandırdı - FOTO

21:20 | 27.06.2019
Hacı Əliyev Azərbaycana ikinci qızıl medalı qazandırdı - FOTO

Hacı Əliyev Azərbaycana ikinci qızıl medalı qazandırdı - FOTO

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində həlledici görüşlər keçirilib.
Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının üzvü Hacı Əliyev finalda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə görüşüb.
Üçqat dünya çempionumuz qızıl medal uğrunda qarşılaşmaya inamlı başlayıb. O, ilk hissəni 5:0 hesabı ilə  bitirib. Təmsilçimiz ikinci yarıda da üstünlüyünü əldən verməyib və 2016-cı ildə iki dəfə uduzduğu Olimpiya, dünya, həmçinin Avropa çempionuna 10:2 hesabı ilə qalib gələrək, Avropa Oyunlarının qızıl mükafatını qazanıb.

H.Əliyevin medalı sərbəst güləş millimizin Minsk-2019-da beşinci mükafatı olub. Onadək Mahir Əmiraslanov (-57 kq) qızıl, zədə səbəbindən bugünkü finala çıxa bilməyən Nurməhəmməd Hacıyev (-97 kq) gümüş, Hacımurad Hacıyev (-74 kq), Camaləddin Məhəmmədov (-125 kq) bürünc medala yiyələniblər.
Qeyd edək ki, bu, Azərbaycan yığmasının 16-cı medalı olub. İdmançılarımız 2 qızıl, 5 gümüş və 9 bürünc mükafat qazanıblar.







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb