Hacı Əliyev ikinci oldu

12:00 | 15.06.2020
Hacı Əliyev  ikinci oldu

Hacı Əliyev ikinci oldu

Ümumdünya Güləş Birliyinin sərbəst güləşçilər arasında keçirdiyi on line yarışın qalibi iranlı Həsən Yazdani olub.

Olimpiya, ikiqat dünya, Asiya çempionu, Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarının qalibi səsvermə əsasında keçirilən yarışın finalında azərbaycanlı Hacı Əliyevdən üstün olub.

İranlı idmançıya 87 111, Hacıya 76 953 səs verilib. Nəticədə Olimpiya mükafatçımız, üçqat dünya və Avropa çempionumuz ikinciliklə kifayətlənib.

Online yarışma zamanı güləşçilər xalça üzərinə çıxmır, qaliblər birliyin müəyyən etdiyi sərbəst güləşçilər arasında aparılan səsvermə əsasında müəyyən edilir. Səsvermə instaqramda aparılır. H.Əliyev daha əvvəl səsvermədə Qeno Petriaşvili, Frank Çamiso və Cordan Barouzdan üstün olmuşdu.
 
(Oxu.Az)



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti