Daxili İşlər Nazirliyinin keçmiş idarə rəisi Hacı Məmmədovun bacısı Arifə Məmmədova qardaşının intiharı xəbərindən xəbərsiz olduğunu bildirib. Haqqın.az saytına verdiyi məlumatda Məmmədova sonuncu dəfə qardaşı ilə bir həftə qabaq danışdığını deyib.
"O, Vərəm dispanserində müalicə alırdı. Deyirdi ki, səhhəti yaxşılaşıb. Mənə onun intiharı barədə məlumat verməyiblər", deyə Arifə Məmmədova vurğulayıb.
Hacı Məmmədovun intiharı barədə vəkili Afət Qazıyeva da məlumat verilməyib. Vəkil məsələni bu gün araşdırıb xəbər verəcəyini söyləyib.
Qeyd edək ki, Hacı Məmmədov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara Kəmər” əməliyyatı ilə həbs edilib və 19 yanvar 2007-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb. O, mütəşəkkil cinayətkar dəstə yaratmaqda, qətllərdə, adam oğurluğu və digər cinayətlərdə təqsirli bilinib.
11 il MTN-n təcridxanasında saxlanılan H.Məmməov daha sonra cəzaçəkmə müəssisəsinə köçürülüb.
11 il MTN-n təcridxanasında saxlanılan H.Məmməov daha sonra cəzaçəkmə müəssisəsinə köçürülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !