Hacı Şahini o əvəz edəcək

23:01 | 09.03.2023
Sabah Məşədi Dadaş məscidində Cümə namazı Hacı Elbrus Kərimov tərəfindən qılınacaq.

Bu barədə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin feysbuk səhifəsində məlumat paylaşılıb.

Elbrus Kərimov ilahiyyatçı Hacı Şahinin tələbəsi olub. O, Haci Şahinin sağlığında da bir neçə dəfə bu səlahiyyəti icra edib. 

Hacı Şahin 2001-ci ildən "Məşədi Dadaş” məscidində imam-camaat olub. O, martın 2-də evində qəfil dünyasını dəyişib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb