Hacı Şahin dəfn olunub - YENİLƏNİB

16:11 | 02.03.2023
Hacı Şahin dəfn olunub - YENİLƏNİB

Hacı Şahin dəfn olunub - YENİLƏNİB

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.

Mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

10:05
TƏBİB ilahiyyatçı Hacı Şahinin ölümü ilə bağlı açıqlama yayıb.
 
Bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına martın 2-də saat 05:30 radələrində çağırış daxil olub. Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Ailəsinin bildirdiyinə görə, Şahin Həsənli martın 1-də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.
 
09:28
 Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.
 
Bildirilir ki, Hacı Şahinlə vida mərasimi uzun müddət fəaliyyət göstərdiyi Məşədi Dadaş Məscidində keçiriləcək. 
 
"Əjdərbəy” məscidinin icma sədri Hacı Həmdüllah Babayev "Report”a açıqlamasında bildirib ki, o, "Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
 
 
 *****
 
Din xadimi, ilahiyyatçı Hacı Şahin cümə axşamı səhər saatlarında ürək tutmasından vəfat edib. Bu barədə yerli mətbuata onun yaxın qohumları məlumat verib.

 
Bildirilib ki, ilahiyyatçı sübh namazına durarkən qəfildən halı pisləşib və ölüb.
 
48 yaşlı Hacı Şahin Həsənli "Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.
 
Ərəb, fars və rus dillərini bilirdi. Ailəlidir dörd övlad var idi. 



www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM