Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbov söküntü işlərinin hansı qurum tərəfindən həyata keçirilməsi məsələsinə aydınlıq gətirib.
"Report" xəbərinə görə, icra başçısı bu gün sakinlərlə keçirdiyi görüşdə bildirib ki, söküntü işlərini binaya üzlüklərin çəkilməsində məsuliyyətli olan tikinti şirkətləri özləri reallaşdırır.
İcra başçısı onu da qeyd edib ki, iyunun 12-də Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər bütün fəsadlar aradan qaldırılacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !