Hacıbala Abutalıbov: "Onlar ölüm hökmünə layiqdir"

15:53 | 22.05.2015
Hacıbala Abutalıbov:

Hacıbala Abutalıbov: "Onlar ölüm hökmünə layiqdir"

"Prokurorluq var, polis var, gedin şikayət edin.

 Bütün günahkarlar, yanğının baş verməsinə səbəb olanlar ən ciddi şəkildə cəzalandırılacaq. Hətta mən deyərdim ki, onlar ölüm hökmünə layiqdir". 

"Report" xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədidə yanan binanın sakinləri ilə görüşdə deyib. 
H.Abutalıbov qeyd edib ki, yanan binanın sakinlərinin kirayə haqqı nə qədər olursa-olsun dövlət tərəfindən ödəniləcək: "Siz sənəd gətirin, nə qədər olursa-olsun ödəniləcək. Biz kirayə haqqının aşağı-yuxarı olmasına baxmayacağıq". 

Onun sözlərinə görə, binanın təmiri çox yüksək səviyyədə aparılacaq: "Bunun üçün büdcəmiz var. Əlimizdən gələni edəcəyik ki, bu dərdinizin müəyyən qədərini sizin üzərinizdən götürək. Həlak olanlar, bu dərd heç zaman yaddan çıxmayacaq. Bakı şəhərində 140-a qədər belə üzlüklü bina var. Həmin binaların hamısının üzlükləri söküləcək. Bakı şəhərində bir dənə də olsun belə üzlüklü bina qalmayacaq. Bu binalar ən yüksək səviyyədə təmir olunacaq".

Görüşdə bina sakinləri də öz fikirlərini bildirib. H.Abutalıbov isə bütün problemlərin, qaldırılan məsəılələrin tezliklə həll olunacağını diqqətə çatdırıb. O, vətəndaşları qanunu qaydada prokurorluq orqanlarına müraciət etməyə çağırıb.

H.Abutalıbov əlavə edib ki, ASAN xidmət sakinlərin sənədlərinin tezliklə qaydaya salınmasına lazımi köməklik göstərəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM