Hacıqabulda ziyarətə gedənlər avtoqəzaya uğrayıb

22:30 | 20.07.2019
Hacıqabulda ziyarətə gedənlər avtoqəzaya uğrayıb

Hacıqabulda ziyarətə gedənlər avtoqəzaya uğrayıb

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində baş verib. "Ford Explorer” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına aparılıb.

Qeyd edilir ki, avtomobildə olanlar "Pir Hüseyn” xanəgahına ziyarətə gedərkən qəzaya uğrayıblar.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb